Modern.az

Paşinyan istefaya gedir?

Paşinyan istefaya gedir?

Aktual

6 May 2022, 17:20

Ermənistan baş nazirinin ofisi Nikol Paşinyanın istefası ilə bağlı xəbərləri təkzib edib. 

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

“Yalan xəbər yayanlar baş nazirin istefasını görməyəcəklər. Ermənistan vətəndaşları cəmi bir il əvvəl öz seçimini edib. Hər il istefa və növbədənkənar seçki tələb etmək absurddur”,- rəsmi açıqlamada deyilir.

 

Qeyd edək ki, mayın 2-dən İrəvanda kütləvi etiraz aksiyaları keçirilib. Müxalifət qüvvələrinin təşkil etdiyi aksiyalarda əsas tələb baş nazir Nikol Paşinyanın istefasıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı