Böyük Britaniyanın Moskvadakı səfiri Deborah Bronnert Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı məlumatda deyilir.
Məlumata görə, səfirə rəsmi Londonun qəbul etdiyi növbəti sanksiya paketi ilə bağlı qəti etiraz bildirilib.
Diplomatın diqqətinə bu cür addımların qaçılmaz olaraq ikitərəfli əlaqələrin tamamilə məhvinə, Rusiya və Böyük Britaniya xalqları arasında münasibətlərin korlanmasına gətirib çıxaracağı çatdırılıb.