Modern.az

Ukraynada benzin bahalaşdı - Qıtlıq yaranıb

Ukraynada benzin bahalaşdı - Qıtlıq yaranıb

Aktual

24 May 2022, 08:48

Son bir həftə ərzində Ukraynada benzin və dizel yanacağının qiyməti 20-30 faiz bahalaşıb.

 

Modern.az xəbər verir ki, A-92 markalı benzinin pərakəndə satış qiyməti bir litr üçün 8,93 qrivna bahalaşaraq 48-49 qrivna olub. A-95 markalı benzin litri 11-12 qrivna bahalaşaraq 51-52 qrivna təşkil edib.

 

Bundan əlavə, dizel yanacağının pərakəndə satış qiyməti litri 56,49 qrivna, maye qazın pərakəndə satış qiymətləri 39,24 qrivna olub.

 

Hazırda Ukraynada benzin və dizel yanacağının qıtlığı müşahidə olunur. Yanacağın qiymətinin yenidən artacağını ehtimal edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!