Modern.az

Elektron tablolarda sosial çağırışlar yayımlanacaq - VİDEO

Elektron tablolarda sosial çağırışlar yayımlanacaq - VİDEO

Aktual

24 May 2022, 09:44

Nəqliyyatı intellektual idarəetmə layihəsi çərçivəsində Bakı şəhərinin əsas küçə və prospektlərində quraşdırılmış elektron informasiya tablolarının idarəolunması üçün istifadə edilən proqram təminatı və texniki avadanlıqlarda 2019-cu ildə yaranmış problemlərlə əlaqədar nəqliyyat axınını ifadə edən qrafik sxemlərin yayımı dayandırılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Modern.az-a bildirilib ki, hazırda intellektual sistemin təkmilləşdirilməsi, o cümlədən texniki nasazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür:

 

"Bu müddət ərzində isə sürücülərin maarifləndirilməsi məqsədilə elektron tablolarda yol hərəkəti təhlükəsizliyinin təbliğinə dair müxtəlif qrafik təsvirlərin (sosial çağırışların piktoqram vasitəsilə) yayımlanması nəzərdə tutulur".

Sizə yeni x var
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı