Mayın 22-də saat 23 radələrində Səbail rayonu ərazisindəki xüsusi texniki vasitələrlə qorunan evlərin birindən Səbail Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, dərhal həmin ünvana gələn polis əməkdaşları oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Nihad Həsənovu saxlayıblar.
O, araşdırma aparılması üçün 41-ci Polis Bölməsinə təhvil verilib.