Modern.az

Şagirdlər ADU-da ekskursiyada olublar - FOTOLAR

Şagirdlər ADU-da ekskursiyada olublar - FOTOLAR

Aktual

24 May 2022, 10:20

Bakı şəhəri 44 və 82 saylı orta məktəblərin şagirdləri Azərbaycan Dillər Universitetində (ADU) ekskursiyada olublar.

 

Modern.az xəbər verir ki, şagirdlər Heydər Əliyev Lektoriyasında ADU-nun rektoru, akademik Kamal Abdulla ilə görüşüb, universitetlə yaxından tanış olublar.

 

Şagirdlərə məlumat verilib ki, Azərbaycan Dillər Universitetində 20-dən artıq xarici dil tədris olunur. ADU-nun zəngin kitabxanası var, tələbələrin elektron resurslardan istifadəsi üçün əlverişli şərait mövcuddur.

 

Görüşdə müəllim-tələbə mübadiləsindən danışılıb. Şagirdlər universitetin müxtəlif qurumlarında, o cümlədən, Multikulturalizm Mərkəzi, Rusiyaşünaslıq Mərkəzi, Bakı Amerika Mərkəzi, Konfutsi İnstitutu, Avstriya kitabxanası və s. olublar.

 

Şagirdlər ADU-da ekskursiyada olublar - FOTOLARŞagirdlər ADU-da ekskursiyada olublar - FOTOLARŞagirdlər ADU-da ekskursiyada olublar - FOTOLARŞagirdlər ADU-da ekskursiyada olublar - FOTOLARŞagirdlər ADU-da ekskursiyada olublar - FOTOLARŞagirdlər ADU-da ekskursiyada olublar - FOTOLAR

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı