Modern.az

Rəqabət Məcəlləsinin layihəsi hökumətə təqdim edildi

Rəqabət Məcəlləsinin layihəsi hökumətə təqdim edildi

Aktual

24 May 2022, 12:56

İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin beynəlxalq təcrübəyə əsaslanmaqla hazırladığı Rəqabət Məcəlləsinin yeni layihəsini müvafiq dövlət qurumlarının müsbət rəyi alaraq Nazirlər Kabinetinə təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

 

Məlumata görə, rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi, bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyəti məqsədilə hazırlanan layihə rəqabət orqanı və onun statusunu, rəqabət sahəsində bazar subyektlərinin hüquq və vəzifələrini, rəqabəti məhdudlaşdıran saziş və hərəkətləri, həmçinin bazar paylarının coğrafi bölgüsü üçün meyarları müəyyən edir. Layihədə həmçinin, bazarda hökmran mövqe və hökmran mövqedən sui-istifadə hallarının təfərrüatlı izahı, haqsız rəqabət və onun formaları da əksini tapıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı