Modern.az

Bakıda narkotik əməliyyatı - VİDEO

Bakıda narkotik əməliyyatı - VİDEO

Aktual

24 May 2022, 14:50

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, onlardan ümumilikdə 2 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. Saxlanılan şəxslər birbaşa olaraq Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin satışını həyata keçirən şəxslər olublar.


Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı