Modern.az

Aqrar Sığorta Fondundan fermerlərə MÜRACİƏT

Aqrar Sığorta Fondundan fermerlərə MÜRACİƏT

Aktual

24 May 2022, 13:48

Aqrar sığorta qaydalarına əsasən kKənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının üzrə inkişafı dövründə (onun tam məhv olduğu istisna olmaqla) sığorta müqavilələrinə əsasən təminat verilən risklər nəticəsində hadisə baş verərsəsi bağlanarsa, zərər dəymiş fermerlərin ərazilərinə dair ə sığorta ödənişinin düzgün hesablanması üçün biçindən öncə 2-ci, yəni YEKUN qiymətləndirmənin həyata keçirilməsi zəruridir. Bununla bağlı fermerlərdən məhsulların biçinindən 10 gün əvvəl  məlumat verməyi xahiş olunur.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.19.4-cü yarımbəndinə əsasən kKənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasında məhsul təminatına dair sığorta müqavilələri üzrə sığorta hadisəsi məhsulun inkişaf dövründə baş verərsə, onun tam məhv olduğu hallar istisna olmaqla, müstəqil ekspert qiymətləndirmə apararaq sığorta hadisəsi barədə rəyini təqdim edir,  və idarəedici qurum isə öz növbəsində sığortalanmış məhsulun yığım dövründə zərərin dəqiq qiymətləndirilməsi və məhsuldarlığın ölçülməsi üçün biçindən əvvəl yenidən müstəqil ekspert təyin edir.

 

Həmçinin Qaydanın 1.20.2-ci yarımbəndinə uyğun olaraq kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasıSözügedən aqrar sığorta növü üzrə məhsul təminatına dair sığorta müqavilələrində məhsulun tam məhv olması halları istisna olmaqla sığorta ödənişi yığım dövründən sonra ödənilir. Hesablamaya əsasən sığorta ödənişi sığorta hadisəsi nəticəsində müstəqil ekspertlər tərəfindən  qiymətləndirilən və sığorta ödənişinin hesablanmasında əsas götürülən zərər faizi müstəqil ekspert tərəfindən biçindən əvvəl qiymətləndirilərək müəyyən olunan faktiki məhsuldarlıq miqdarına əsasən hesablanan sığorta məbləğinə tətbiq edilməklə müəyyən edilir.  əvvəl ödənilmir.

 

Qeyd edək ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələrindən – dolu, donvurma (şəxtavurma), leysan yağışları, subasma, qasırğa, fırtına və sair hallardan sığortalayır.

 

Xatırladaq ki, Aqrar Sığorta Fondu 43 növ bitki və məhsulu sığorta edir. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələrindən – dolu, fırtına, qasırğa, sel və ya subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları və sair hallardan sığortalayır. Fond əkin sahələrini təbiət hadisələri - dolu, şaxtavurma (donvurma), qasırğa, fırtına, sel-subasma, xəstəlik və zərər vuricilər, eləcə də üçüncü şəxslərin hərəkətlərinin vurduğu zərərdən qoruyur. Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı