Modern.az

NATO döyüş meydanında olmayacaq

NATO döyüş meydanında olmayacaq

Aktual

24 May 2022, 17:46

NATO ölkələri illərdir Ukraynaya mühüm tərəfdaş kimi kömək edir.

 

Modern.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı bildirib.

 

Stoltenberq qeyd edib ki, hazırda NATO Ukraynada vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışır:

 

“NATO mühüm tərəfdaşımız olan Ukraynaya kömək edir. Amma bizim əsas öhdəliyimiz  müttəfiqlərimizi qorumaqdır. Bu o deməkdir ki, biz müharibənin genişlənməsinin qarşısını almalıyıq. Biz münaqişədə birbaşa iştirak etməyəcəyik. Şübhəsiz ki, biz ukraynalıları dəstəkləyəcək və onlara kömək edəcəyik, çünki onların özlərini müdafiə etmək hüququ var. Lakin biz döyüş meydanında olmayacağıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı