Modern.az

Zelenski şərt qoydu - Danışıqlar bu halda bərpa olunacaq

Zelenski şərt qoydu - Danışıqlar bu halda bərpa olunacaq

Aktual

24 May 2022, 22:38

Ukrayna işğal olunmuş bütün əraziləri azad edildikdən sonra Rusiya ilə danışıqlara qayıdacaq.

 

Modernşaz xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın NHK nəşrinə müsahibəsində bildirib.

 

"Biz bütün ərazimizi qaytarmalıyıq, sonra danışıqlar masasına oturacağıq", - Zelenski şərtini açıqlayıb.

 

O, Krımın və Donbasın Ukraynaya məxsus olduğunu bir daha diqqətə çatdırıb. Eyni zamanda bildirib ki, indi əsas vəzifə 3 ay ərzində ələ keçirilən rayonların azad edilməsidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı