Modern.az

Meymunçiçəyinə qarşı dərman TAPILDI

Meymunçiçəyinə qarşı dərman TAPILDI

Aktual

25 May 2022, 08:17

ABŞ-da hazırlanmış çiçək xəstəliyinə qarşı tekovirimat preparatın meymunçiçəyi ilə mübarizə üçün uyğun vasitə olduğu aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Lancet" elmi nəşri yazıb.

 

"Həmkarlarımız meymunçiçəyi epidemiyasının yayılmasının səbəblərini araşdırmağa çalışdığı müddətdə, biz bu xəstəliklə mübarizə üçün keçmişdə hansı antiviral dərmanların istifadə olunduğu ilə maraqlandıq", - Böyük Britaniyanın Liverpul Universitetinin elmi işçisi Hyu Adler deyib.

 

O qeyd edib ki, 2018-2021-ci illər üzrə məlumatların təhlilinin nəticələrinə əsasən, iki əsas dərman - brincidofovir və tekovirimat müəyyən edilib. Birinci dərman suçiçəyi ilə mübarizə üçün, ikincisi isə ABŞ-da hökumətin bioloji silah təhlükəsi ilə mübarizə proqramına uyğun olaraq yaradılıb.

 

Alimlər hesab edirlər ki, daha az təhlükəli olan meymunçiçəyi tekovirimat preparatı ilə müalicə olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı