Modern.az

Rusiya hücum planını dəyişir - Baş Qərargah

Rusiya hücum planını dəyişir - Baş Qərargah

Aktual

25 May 2022, 09:52

Rusiya qurudan hücumları gücləndirmək üçün aviasiyadan istifadəni artırır.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

“Rusiya Ukrayna ərazisində mühüm və hərbi obyektləri məhv etmək üçün başqa yollar axtarır. Ukrayna ərazisində hərbi əməliyyatların aparılması və xeyli canlı qüvvə, texnika itkisinin ödənilməsi üçün rus işğalçıları Cənub Hərbi Dairəsindən ehtiyat hissələri formalaşdırır.

 

Belarus Respublikası Silahlı Qüvvələrinin yeddiyə qədər batalyonu Volın və Polesye istiqamətlərində Belarus-Ukrayna sərhədinin mühafizəsinin gücləndirilməsi üzrə tapşırıqların icrasını davam etdirir”,- deyə Baş Qərargahın bu gün yaydığı məlumatda deyilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı