Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Zəngəzur bölgəsinə gələrək, sərhəddəki vəziyyətlə tanış olub.
Modern.az xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.
Rusiyalı diplomatın Zəngəzur bölgəsinə səfəri ötən gün - mayın 24-də başlayıb.
Birinci gün səfir Rusiya FTX-nin Ermənistan Respublikasındakı Sərhəd İdarəsinin rəhbərliyinin müşayiəti ilə 2020-ci ildə həlak olan Mi-24 helikopterinin ekipaj üzvlərini yad edib.
Bundan başqa, Rusiya hərbi qulluqçularının gündəlik fəaliyyəti ilə maraqlanıblar.