Modern.az

Üç ölkə arasında əməkdaşlıq yüksək səviyyədə davam edir

Üç ölkə arasında əməkdaşlıq yüksək səviyyədə davam edir

Aktual

25 May 2022, 15:58

“Türkiyə Gürcüstanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir”.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Ankaradakı səfiri Giorgi Cancqava bildirib.

 

Səfir iki ölkə arasında əlaqələrin uzun tarixə malik olduğunu vurğulayıb.

 

Gürcüstanın Ankara səfirliyinin 1921-ci ildə açıldığını qeyd edən Cancqava bildirib ki, Simon Mdivani fevral ayında Türkiyə Böyük Millət Məclisinin sədri Qazi Mustafa Kamal Atatürkə etimadnaməni təqdim edən ilk xarici səfir olub.

 

O, həmçinin bildirib ki, bu il iki ölkə arasında diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü münasibətilə Gürcüstanın Ankaradakı səfirliyi və Türkiyə tərəfinin əməkdaşlığı ilə xatirə medalı buraxılacaq.

 

Cancqava 1994-cü ildə Gürcüstanın Ankarada səfirliyinin, Trabzon və İstanbulda Baş Konsulluqların açıldığını bildirib.

 

“30 il əvvəl iki ölkə arasında diplomatik münasibətlərin təməli qoyulan zaman mən Gürcüstanın ilk baş konsulu kimi Trabzonda vəzifə yerinə yetirdiyim kimi, bu gün də Gürcüstanın möhkəmlənməsi prosesində iştirak etməkdən qürur duyuram. Gürcüstanın Ankaradakı səfiri olaraq Türkiyə ilə strateji tərəfdaşlıq edirik. 2007-ci ildən bu yana Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır. 2021-ci ildə Türkiyəyə dövlət səfəri zamanı Gürcüstanın baş naziri İrakli Qaribaşvili Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı keçirib və mühüm açıqlamalar verib. Ticarətin 3 milyard dollara çatmağı hədəflədiyini qeyd edib”,- səfir bildirib.

 

Səfir Cancqava digər tərəfdən, Bakı-Tbilisi-Qars  Dəmir Yolu, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP), Trans Adriatik Boru Kəməri (TAP) kimi qlobal layihələrdə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb:

 

"Çoxtərəfli əməkdaşlıq çərçivəsində Türkiyə, Azərbaycan və Gürcüstan arasında xarici işlər nazirləri səviyyəsində üçtərəfli dialoq mexanizmi yaradılıb. İlk görüş 2012-ci ildə keçirilib, daha sonra ikitərəfli münasibətlər səviyyəsində əməkdaşlığın gücləndirilməsi üçün bundan sonra da davam etdiriləcək”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı