Modern.az

Bakı metrosunda PROBLEM - 10 dəqiqəlik interval yarandı

Bakı metrosunda PROBLEM - 10 dəqiqəlik interval yarandı

Aktual

25 May 2022, 18:46

Hazırda Bakı metrosunda problem yaşanır.

 

Sərnişinlərin Modern.az-a bildirdiyinə görə, saat 18:25-dən etibarən "Dərnəgül" -"Həzi Aslanov" istiqamətində qatar platformada dayanıb.

 

Bu səbəbdən də digər stansiyalarda qatarların hərəkətində gecikmələr var.

 

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, buna səbəb qatarda yaranmış texniki nasazlıqdır.

 

Qurum rəsmisi əlavə edib ki, "Dərnəgül" stansiyasında qatarda nasazlıq yarandığından köməkçi qatar verilib və nasaz qatar ehtiyat yola keçirilib:

 

"Digər marşrutlar üzrə qatarlar "Memar Əcəmi" və "Azadlıq prospekti" stansiyalarından dönmə edərək, sərnişindaşıma prosesini davam etdirirlər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı