Modern.az

Sərxoş yeniyetmə qəza törətdi: Ölənlər var

Sərxoş yeniyetmə qəza törətdi: Ölənlər var

Aktual

29 May 2022, 11:28

Türkiyənin Manisa şəhərinin Kula rayonunda iki avtomobil toqquşub.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib, daha 2 nəfər isə ağır yaralanıb.

 

Məlumata görə, 16 yaşlı yeniyetmə sürücülük vəsiqəsi olmadan, sərxoş halda idarə etdiyi maşınla yol kəsişməsindən şəhərə daxil olmaq istəyən İbrahim Öztürkün idarə etdiyi avtomobilə çırpılıb.

 

Toqquşmanın şiddətindən hər iki maşın yararsız hala düşüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı