Modern.az

Türkiyə vətəndaşlarına böyük müjdə verildi

Türkiyə vətəndaşlarına böyük müjdə verildi

Aktual

29 May 2022, 14:23

Türkiyə Qara dənizdən hasil edilən qazı 2023-cü ilin birinci rübündən istehlak etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

 

Onun sözlərinə görə, 2023-cü ildə qazın istifadə olunacağı mümkündür:

 

“Türkiyədə olan bütün vətəndaşlarımıza 2023-cü ilin birinci rübündə Qara dənizdən hasil olunan qazı mətbəxlərində yandıracaqları ilə bağlı müjdə vermək istərdim”.

 

Qeyd edək ki, Türkiyə Qara dənizdə 540 milyard kubmetr qazın hasilatı və nəqlinə təxminən on milyard dollar sərmayə qoyacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı