I Türk dünyası Ədəbiyyat və Kitab Festivalı öz işini başa çatdı.
3 gün davam edən festivalda Türk dövlətlərini təmsil edən ölkələr öz kitab nəşrlərini Bakı Dövlət Universitetinin həyətində kitabsevərlərə təqdim etdilər.
Festivalın bağlanma və mükafatlandırma mərasimində Beynəlxalq Türk Akademiyasının vitse prezidenti Fizuli Məcidli , Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Bakl Dövlət Universitetinin rektoru Elçin Babayev, TÜRKSOY-un baş katibinin müavini Bilal Çakçı, İLESAM-ın rəhbəri Məhmət Nuru Barmaksız, Azərbaycan Milli Məclisi Mədəniyyət Komitəsinin sədri , millət vəkili Qənirə Paşayeva və tanınımış yazıçılar, millət vəkilləri, ictimai xadimlər və gənclər iştirak edirdilər.
Festival çərçivəsində Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Müəllifləri Birliyi (BEYTÜM) TÜRKSOY və İLESAM elm, ədəbiyyat sahəsində uğur qazanan ziyalıları, tədiqatçıları və alimləri bir neçə nomnasiyalı ödüllə mükafatlandırdılar.
“Türk Dünyası Kitab Ödüılü” mükafatına azərbaycanlı millət vəkili Cavanşir Feyziyev “Türk Dünyası” 5 cildlik kitabına görə layiq görüldü.
Beynəlxalq Türk Akademiyasının təsis etdiyi Əlişir Nəvai “Qızıl medal”ı millət vəkili Gənirə Paşayeva təqdim olundu. Beynəlxalq Türk Akademiyasının gümüş medalları isə AMEA-nın Ədəbiyyat institunun professoru Almaz Ülvi Binnətovaya, BDU-nun professoru Firuzə Ağayeva, tədqiqatçı jurnalist Aida Eyvazova, şair Əkbər Qoşalı, AMEA-nın əməkdaşı Ağahüseyn Şükürova təqdim edildi.
TÜRKSOY və İLESAM-ın ədəbiyyat və elm sahəsində mükafatlandırdığı alimlər, yazıçılar və ədəbiyyat və söz adamları içərisində millət vəkili Qənirə Paşayeva, xalq yazıçısı Kamal Abdulla, yazıçı Səyyad Aran, sair Firuzə Məmmədli “Türk dünyası onur medalı”na , Özbəkistanın M.Uluğbek adına Milli Universitetinin professoru Nigina Şermuradova, Qazaxıstanın Lev Qumilyev adına Avrasiya Milli Universitetinin professoru Amantay Şərif, Qırğızıstan Dövlət Universitetinin professoru Umut Kultayeva, Azərbaycan Yazıçılar İttifaqının ikinci katibləri Elçin Hüsenbəyli, Rəşad Məcid , AYB-nin mətbuat katibi Xəyal Rza, şair Elxan Zal, gənc yazıçı Fərid Hüseyn, araşdırmaçı alim və şairlər Cavanşir Yusifli, Seyfəddin Hüseynli, və araşdırmaçı jurnalist Aida Eyvazova və digər tanınmış imzalar var idi.
Tədbirin sonunda xatirə fotosu çəkildi.