Modern.az

Sürücü idarəetməni itirdi: maşın gözəllik salonuna çırpıldı

Sürücü idarəetməni itirdi: maşın gözəllik salonuna çırpıldı

Aktual

29 May 2022, 18:43

Gürcüstanın soydaşlarımız yaşayan Marneuli şəhərinin Rustaveli küçəsində - Mağalaşvili körpüsünə yaxın ərazidə ağır avtomobil qəzası baş verib.

 

Modern.az xəbər verir ki, qəza "BMW" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində meydana gəlib.

 

Məlumata əsasən, "Mercedes" markalı avtomobil Rustaveli küçəsinə çıxan zaman yolun sağ tərəfindən gələn avtomobili gözləməyib, nəticədə "BMW" markalı avtomobil "Mercedes" markalı avtomobili yan tərəfindən vuraraq idarəetməni itirib və yolun sağ tərəfində olan gözəllik salonlarına çırpılıb.

 

Hadisə zamanı sürücülər ciddi xəsarətlər almasa da, "Mercedes" markalı avtomobildə olan qadın sərnişin müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb.

 

Hadisə yerinə təcili tibbi yardım, xilasetmə qrupu və polis cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı