Paytaxt Bakıda keçirilən daha bir mötəbər tədbir - "TEKNOFEST Azərbaycan" yekunlaşıb.
Modern.az xəbər verir ki, festivala ev sahibliyi edən Bakıya axın edən insanların təhlükəsizliyinin təminatı polis əməkdaşlarının və Bakı Şəhər Dövlət Yol Polisinin üzərinə düşüb. Bu tədbir həm auditoryasına, həm də kütləviliyi baxımından kifayət qədər maraqla qarşılanıb.
Yaş məhdudiyyəti olmayan festivala 7-dən 70-ə təxminən 200 min nəfərə qədər şəxs axın edib.
"TEKNOFEST Azərbaycan" festivalı qardaş ölkə Türkiyə ilə doğmalığın, milliliyin tərənnümü olmaqla yanaşı, qeyri-adiliyi ilə də yadda qalıb.
Festival davam edən dörd gün ərzində əraziyə axın edən şəxslərin şəxsi nəqliyyat vasitələrindən istifadəsi yollarda sıxlığın yaranmasına səbəb olub. Təbii ki, bu qədər böyük izləyicisi olan tədbirdə ümumi təhlükəsizlik tədbirləri, eləcə də paytaxt yollarında hərəkətin təhlükəsizliyinin və fasiləsizliyin təmin olunması gərgin iş fəaliyyətinin nəticəsində yekunlaşıb.
Yollarda sürücülərin müvafiq istiqamətdə hərəkətini tənzimləyən, park üçün nəzərdə tutulmayan yerlərdə nəqliyyat vasitələrinin saxlanmasının qarşısını almağa çalışan Bakı Şəhər DYPİ əməkdaşları da ara-sıra çətin olsa da umumi prosesi nəzarətda saxlayıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Modern.az-a açıqlamasınsa bildirib ki, Bakı Şəhər DYPİ tərəfindən festival öncəsi və yekun günə qədər yollarda hərəkətin müvafiq qaydada təşkil edilməsi baxımından istər məlumatlandırıcı, istərsə də xidmətin təşkili iıə bağlı bütün tədbirlər görülüb:
"Festival tam təhlükəsiz qaydada sona çatmışdır. Bu müddət ərzində paytaxt yollarında heç bir problem yaranmamışdır. Hazırda paytaxtın bütün istiqamətləri üzrə nəqliyyatın hərəkəti tam bərpa edilib".