Modern.az

“Regionun gələcəyi sülhdən asılıdır” - Zurabişvili 

“Regionun gələcəyi sülhdən asılıdır” - Zurabişvili 

Aktual

30 May 2022, 18:15

Bu gün Ermənistan Prezidenti Vahaqn Xaçaturyan Gürcüstana səfər edib.

 

Modern.az xəbər verir ki, o, Tbilisidə gürcüstanlı həmkarı Solome Zurabişvili ilə görüşüb.

 

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Zurabişvili bildirib ki, regionun gələcəyi sülh şəraitindən asılıdır, sülh siyasi və ya iqtisadi inkişaf üçün yeni imkanlar açacaq.

 

"Ümid edirik ki, Ermənistan və Azərbaycan arasında danışıqlar uğurla davam etdiriləcək. Biz bu məsələdə Avropa İttifaqının iştirakını alqışlayırıq. Biz bilirik ki, regionda tam sülhün bərqərar olması bu danışıqların nəticələrindən, iqtisadi inkişaf və bu regionu narahat edən, ona gələcəkdə böyük perspektiv verən bütün yeni planlar sülhün bərqərar olmasından asılıdır", - deyə Zurabişvili qeyd edib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı