Modern.az

Onlar Azərbaycanın gələcəyi, sabahın alimləridir

Onlar Azərbaycanın gələcəyi, sabahın alimləridir

Aktual

31 May 2022, 10:46

Bakıda keçirilən dörd günlük “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı uğurla başa çatıb.

 

Modern.az xəbər verir ki, festivalda təqdim edilən layihələrdən biri də "TechnoCad" komandasına məxsus "Smart Trashbin" layihəsidir. 141 ölkə arasından seçilən komanda insanların həm işini asanlaşdıracaq, həm də gigiyenik baxımdan qeyri-adi zibil qutularının layihəsini hazırlayıb. 

 

Komanda kapitanı Mehdi Musayevin sözlərinə görə, zibil qutusuna əlimizi 4 sm-dək yaxınlaşdırdıqda servomotor hərəkətə gələrək qutunun qapağını açır və beləliklə, qutu gigiyenanı təmin etməklə yanaşı, ayaqdan əlil insanların onu asanlıqla açmasına kömək edir. 

 

"TechnoCad" komandası gələcəkdə bu proyektin tükənməyən enerji mənbəyi olan günəş panelləri ilə işləyən versiyasını da hazırlamağı planlaşdırır və qutuların işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunacağına ümid edirlər. Komanda kapitanı bu yay keçiriləcək “Gələcəyin mühəndisləri” müsabiqəsində uğur qazanmaq üçün çalışır.

 

Qeyd edək ki, "TechnoCad" komandasının kapitanı Mehdi  Musayev hazırda 20 nömrəli məktəb-liseyin 7-ci sinif şagirdi, "STEP IT Academy"nin tələbəsidir. O, ötən il respublika üzrə riyaziyyat olimpiadasında 3-cü yerin qalibi olub. Məktəbli həmçinin həmçinin "Nə? Harada? Nə zaman?" müsabiqəsində ilk üçlüyə daxil olub, şahmat üzrə 3-cü dərəcəyə sahibdir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı