Modern.az

Ermənistan Qarabağ separatçılarına maddi yardımı artırır

Ermənistan Qarabağ separatçılarına maddi yardımı artırır

Aktual

31 May 2022, 12:24

“Ermənistan 2022-ci ildə Dağlıq Qarabağa 20 milyard dram köçürəcək. Vəsait mənzil tikintisinə yönəldiləcək”.

Modern.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan mayın 31-də parlamentdə 2021-ci il dövlət büdcəsinin icrasının ilkin müzakirəsi zamanı deyib.


Hökumət başçısının sözlərinə görə, Ermənistan Qarabağdakı separatçılara yardımı davam etdirəcək.

“O cümlədən, 2021-ci ildə Qarabağ əhalisinin hər biri üçün müəyyən məbləğ daxilində bütün kommunal ödənişləri, eləcə də “dövlət sektorunda” bütün maaşlar Ermənistan Respublikasının dövlət büdcəsindən ödənilib. Ümumiyyətlə, 2020-ci ilin noyabrından biz 136 milyard dram həcmində dəstək vermişik və bununla kifayətlənmək niyyətində deyilik”, - Paşinyan bildirib.

O qeyd edib ki, 2019-cu ildə Qarabağdakı qondarma “dövlət büdcəsi” təxminən 118 milyard dram təşkil edib. Bunun təxminən 58 milyard dramı Ermənistandan köçürülüb. 2021-ci ildə separatçıların büdcəsi 174 milyard dram təşkil edib. Bunun 128 milyard dramı Ermənistan tərəfindən verilib.
 

“2022-ci ildə bu ödənişlər 144 milyard drama qədər artacaq. O cümlədən, 2022-ci ildə Qarabağda pensiya və müavinətlər 20% artıb”, - deyə Nazirlər Kabinetinin rəhbəri əlavə edib.
 

Cari xərclərə əlavə olaraq, mənzil tikintisi ehtiyacları üçün təxminən 20 milyard dram ayrılacaq. Ümumilikdə, yaxın illərdə bunun üçün 50 milyard dram ayrılacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı