“Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı Rusiya ordusu artıq 3300-dən çox tankı və 1100-ə yaxın pilotsuz uçan aparatı məhv edib”.
Modern.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov bildirib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib:
184 təyyarə, 128 helikopter, 1070 pilotsuz uçuş aparatı, 325 zenit-raket kompleksi, 3342 tank və digər zirehli döyüş texnikası, 454 reaktiv yaylım atəşi sistemi, 1738 səhra artilleriya silahı və minaatan, həmçinin 3311 ədəd xüsusi təyinatlı hərbi maşın”, - Konaşenkov brifinqdə bildirib.