Modern.az

Başçının həbs edilən köməkçisi ev dustaqlığına buraxıldı

Başçının həbs edilən köməkçisi ev dustaqlığına buraxıldı

Aktual

31 May 2022, 14:45

Binəqədi Rayon Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək həbs edilən Göyçay rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev və şəhər icra nümayəndəsi Rəşad Şükürov barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

 

Modern.az-ın məlumatına görə, məhkəmə vəsatətləri təmin edib və təqsirləndirilən şəxslər istintaq dövründə ev dustaqlığına buraxılıb.

 

Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Göyçay rayon İcra Hakimiyyətində keçirilən yoxlama tədbirləri nəticəsində tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı