Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 8 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən arasında vəfat edən olmayıb.
İndiyədək ümumilikdə 792 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 007 nəfər müalicə olunaraq sağalıb, 9713 nəfər vəfat edib, aktiv xəstə sayı 47 nəfərdir.
Son sutka ərzində 2192, hazırkı dövrədək isə 6 894 477 test aparılıb.
