Azərbaycanın Milli Qəhrəmanı, şəhid general –mayor Polad Həşimovun şərəfinə Poladhəşim adı verilən körpənin hazırda 2 yaşı var.
Modern.az-ın əldə etdiyi məlumata görə, körpə 2020-ci ilin noyabrında dünyaya gəlib. Ona Poladhəşim adını babası qoyub.
Ürəyində mürəkkəb anadangəlmə qüsurla (böyük arteriyaların transpozisiyası) dünyaya gələn Poladhəşim elə ilk aylığında Mərkəzi Klinik Xəstəxanada əməliyyat olunub.
Mərkəzi Klinik Xəstəxanadan verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən “Jaten əməliyyatı”nı tanınmış ürək-damar cərrahı Kamran Musayev icra edib. Daha sonra körpə sağ-salamat evə yazılıb.
