Modern.az

Səyyar tibbi müayinə aksiyası davam edir

Səyyar tibbi müayinə aksiyası davam edir

Aktual

1 İyun 2022, 14:04

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Daşkəsən rayonunda keçirilən səyyar tibbi müayinə aksiyası davam edir.

 

Modern.az xəbər verir ki, aksiyada uşaq cərrahiyəsi, pediatriya, terapiya, endokrinologiya, hepatologiya, LOR, kardiologiya, urologiya, həmçinin onkologiya sahələri üzrə ixtisaslaşmış peşəkar həkim və tibbi bacısı heyəti uşaqları müayinə edir, onlara ambulator müalicə-profilaktik xidmətlər göstərilib.

 

Bununla yanaşı, azyaşlılar fiziki müayinələrlə yanaşı, instrumental (EXO, EKS, ultrasəs və s.), eləcə də laborator müayinələrdən yararlanıb, təyinata uyğun olaraq müvafiq dərman preparatları ilə təmin olunublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı