Modern.az

Bakı Sağlamlıq Mərkəzi növbəti aksiyaya start verib

Bakı Sağlamlıq Mərkəzi növbəti aksiyaya start verib

Aktual

1 İyun 2022, 14:46

Bakı Sağlamlıq Mərkəzi olaraq korporativ sosial məsuliyyət layihələri silsiləsindən növbəti aksiyaya start verib.

 

Modern.az xəbər verir ki, 31 may, 1 iyun və 2 iyun tarixlərində Daşkəsən rayon ərazisində növbəti səyyar tibbi müayinə aksiyasının keçirilməsi məqsədi ilə Bakı Sağlamlıq Mərkəzi kollektivinin əraziyə ezamiyyəti başlayıb.

 

Heydər Əliyev Fondu, AzerGold QSC və Bakı Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə 1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə əlaqədar olaraq Daşkəsən rayonu Quşçu kəndində vətəndaşların səyyar tibbi müayinəsi planlaşdırılıb. Quşçu və ətraf kəndlərdə yaşayan əhalinin ürək xəstəlikləri, onkoloji xəstəliklər, uroloji xəstəliklər, qulaq burun boğaz xəstəlikləri, hepatoloji xəstəliklər və bir sıra digər xəstəliklərin müayinəsi və müalicəsi həyata keçiriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı