Modern.az

Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı

Aktual

1 İyun 2022, 16:34

Azərbaycanda son sutkada 2 720 nəfər vaksinasiya olunub.

 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumatda bildirilib.

 

Gün ərzində birinci doza vaksinlərin sayı 388, ikinci doza vaksinlərin sayı 344 təşkil edib.

 

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 788-dır. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 200 olub.

 

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 726 166, birinci doza peyvəndlərin ümumi sayı 5 348 193, ikinci doza vaksinlərin sayı 4 849 219 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 282 722, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 246 032 olub.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı