Modern.az

Naftalanda şəhid və qazi övladlarına bayram tədbiri

Naftalanda şəhid və qazi övladlarına bayram tədbiri

Aktual

1 İyun 2022, 16:38

Naftalanda şəhid və qazi övladları üçün 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir təşkil olunub.

 

Modern.az xəbər verir ki, ilk olaraq ŞİH-nin başçısı bayram münasibətilə uşaqları təbrik edərək qeyd edib ki, “Uşaqlar bizim gələcəyimizdir“ deyən Ulu Öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısı bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla  davam etdirilir.

 

Daha sonra uşaqlar hazırlanmış proqram əsasında Gəncə şəhərinə yola salınıblar.

 

Uşaqların bayram gününü daha rəngarəng etmək üçün əyləncəli proqram təşkil olunmuş cizgi filmi nümayiş etdirilmiş, uşaqlara nahar və hədiyyələr təqdim olunub.

 

Övladlarını müşaiyət edən valideynlər təşkil olunan tədbirə görə təşəkkür ediblər, onlara daim göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək məmnunluqlarını ifadə ediblər.

 

Tədbir Naftalan ŞİH-nin təşkilatçılığı ilə, McDonald`s Azerbaijan, CinemaPlus Kinoteatrlar şəbəkəsi, Gashaltı Health Hotel Naftalan və EcoProduct şirkətlərinin dəstəyi ilə həyata keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı