Modern.az

Səhiyyə komitəsinin sədri seçicilərlə görüşüb

Səhiyyə komitəsinin sədri seçicilərlə görüşüb

Aktual

1 İyun 2022, 17:12

Bu gün Milli Məclisin Səhiyyə Komitəsinin sədri, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş, akademik Əhliman Əmiraslanov Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatının qərargahında seçiciləri ilə növbəti görüş keçirib. 

 

Modern.az xəbər verir ki, görüş iştirakçıları çoxsaylı ağır xəstələrinin müayinə və müalicəsinin təşkilinə,  şəxsən özünün də seçicilərin cərrahi əməliyyatlarını icra etməsinə və ümümiyyətlə, onların hər bir probleminə qarşı xüsusi həssaslıqla yanaşdığına görə Əhliman Əmiraslanova razılıqlarını bildirdilər. Akademik Əhliman Əmiraslanov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi cəhətdən qüdrətinin artması, əhalinin sosial rifah halının yüksəldilməsi, güclü, qüdrətli Azərbaycan dövləti quruculuğu istiqamətində görülən işlərdən danışaraq  seçicilərini əmin etdi ki, onları narahat edən problemləri daim diqqət mərkəzində saxlayacaq,  bu problemlərin həllində və sağlamlığında narahatçılığı olan seçicilərin müayinə və müalicəsində hər zaman onlara mümkün köməklik göstərəcək.

 

Görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev də iştirak edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı