Modern.az

Masazırda qanunsuz tikintinin qarşısı alınıb

Masazırda qanunsuz tikintinin qarşısı alınıb

Aktual

1 İyun 2022, 17:37

Son günlər bəzi kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə Masazır kəndi ərazisində “Talk.TV” İnternet Televiziyasının müxbiri Təbriz Mirzəyə qarşı jurnaslit fəaliyyəti aparan zaman Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən təzyiqə və təhdidə məruz qalması barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

 

T.Mirzə özünün “facebook” sosial şəbəkə səhifəsində yanlış məlumatlar yayaraq içtimaiyyəti çaşdırmağa, əsl həqiqəti gizlətməyə çalışıb. 

 

Abşeron Rayon İcra Hakimiyyəti məsələ ilə əlaqədar Modern.az-a  bildirib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən Talıbov Əjdər Fərrux oğlu Rayon İcra Hakimiyyətinə ünvanladığı  ərizəsində Masazır kəndi ərazisində ona məxsus 0,22 ha torpaq  sahəsində Seymur adlı şəxs tərəfindən qanunsuz tikinti işlərinin həyata keçirildiyini bildirib. Vətəndaşın müraciətinin araşdırılması zamanı əraziyə baxış keçirilib. Bu zaman Zaur, Rafiq və Fuad adlı şəxslər tərəfindən ərazidə 8 (səkkiz) sayda evin qanunsuz şəkildə tikintisinin həyata keçirildiyi məyyən olunub və aparılan inşa işlərinin qarşısı alınıb. Məlumat üçün qeyd edək ki, sözügedən torpaq sahəsi Masazır bələdiyyəsinə məxsusdur və adları qeyd olunan şəxslər tərəfindən qanunsuz olaraq zəbt edilib. Qanunvericiliyin tələbləri qanunsuz tikinti aparan şəxslərə izah olunub və Fuad adlı şəxsin özü tərəfindən aparaılan tikintinin bir hissəsi sökülüb.

 

Lakin sonradan adları qeyd olunan şəxslər əraziyə özünü “Talk” TV-nin  əməkdaşı kimi təqdim edən Təbriz Mirzə adlı şəxsi dəvət edərək orada  RİH-nin əməkdaşlarını təhqir və şantaj əməlləri etməklə qanunsuz tikinti  işlərini davam etdirməyə cəhdlər ediblər.

 

Bununla əlaqədar olaraq RİH tərəfindən ərziyə polis çağrılmış və  qanunsuz tikinti işləri növbəti dəfə dayandırılıb.

 

Torpaq sahəsinin zəbti faktı ilə əlaqədar yuxarıda adları qeyd olunan  şəxslərə qarşı qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Masazır  bələdiyyəsi tərəfindən müvafiq akt tərtib edilərək baxılması üçün Abşeron rayon Polis İdarəsinə göndərilmişdir. Eyni zamanda rayon  İcra Hakimiyyəti  tərəfindən də Abşeron rayon Polis İdarəsinə məktub ünvanlanaraq qanunsuz şəkildə həyata keçirilən tikinti işlərinin qarşısının alınmasına köməklik göstərilməsi xahiş olunub.

 

Abşeron Rayon İcra Hakimiyyəti bir daha bildirir ki, rayon ərazisində həyata keçirilən bütün qanunsuz tikinti işlərinin və torpaq zəbtlərinin qarşısı qətiyyətlə alınacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı