Modern.az

Hacıqabulda Uşaqlar Günü qeyd olundu - FOTO

Hacıqabulda Uşaqlar Günü qeyd olundu - FOTO

Aktual

1 İyun 2022, 18:13

Hacıqabulda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibətilə rayon tədbiri keçirilib. Tədbir rayon icra hakimiyyətinin və Şirvan-Salyan regional Təhsil idarəsinin Hacıqabul rayonu üzrə Təhsil sektoru tərəfindən təşkil edilib.

 

Modern.az xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının, YAP Hacıqabul rayon təşkilatının, Şirvan-Salyan regional Təhsil idarəsinin Hacıqabul rayonu üzrə Təhsil sektorunun məsul işçiləri, rayonun təhsil sahəsində çalışan müəllimləri, 2021-2022-ci tədris ilində fərqlənən bir qrup şagirdlər iştirak edib.

 

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edilərək önünə tər gül dəstləri qoydular.  Tədbirin davamında fərqlənən bir qrup şagirdlərə rayon icra hakimiyyəti tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olundu.

 

Sonda şagirdlər təhsilə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı