Modern.az

Cavanşir Feyziyevdən nümunəvi addım - Mükafat dəyərinin YAŞAT”a köçürülməsini istədi

Cavanşir Feyziyevdən nümunəvi addım - Mükafat dəyərinin “YAŞAT”a köçürülməsini istədi

Aktual

1 İyun 2022, 20:20

Bir qrup ədəbiyyat adamı I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Beynəlxalq Türk Müəllifləri Birliyinin təqdimatı ilə TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və İLESAM tərəfindən mükafatlandırılıb.

 

Modern.az xəbər verir ki, mükafatlandırılanlar arasında tanınmış yazıçı, şair və ədəbiyyatşünaslar var.

 

Festival çərçivəsində mükafat almış ədəbiiyat adamlarının siyahısı aşağıdakı kimidir:

 

Firuzə Məmmədli – “Türk Dünyası Onur” medalı

Səyyad Aran – “Türk Dünyası Onur” medalı

Kamal Abdulla – “Türk Dünyası Onur” medalı

Qənirə Paşayeva – “Türk Dünyası Onur” medalı

Cavanşir Feyziyevin “Türk Dünyası” kitabı (5 cilddə) – “Türk Dünyası Kitab” mükafatı

Xəyal Rza – “Aytmatov” medalı

Elxan Zal Qaraxanlı – “Vaqif” medalı

Fərid Hüseyn – “Mahtumkulu” medalı

Cavanşir Yusifli – “Toktokul” medalı

Seyfəddin Hüseynli – “Aytmatov” medalı

Ramil Əhməd – “Aşıq Veysəl” medalı

İntiqam Qasımzadə – “Vaqif” medalı

Yunus Oğuz – “Aytmatov” medalı

Elçin Hüseynbəyli – “Aytmatov” medalı

Nizami Tağısoy – “Vaqif” medalı

Cavid Zeynallı – “Əhməd Cavad” medalı

Rəşad Məcid – “Vaqif” medalı

“Aşıq Pəri” məclisi – “Aşıq Veysəl” medalı

Aida Eyvazlı – “Mukan Tölebayev” medalı

Umut Kultaeva – “Aytmatov” medalı

Şarip Amantay – “Vaqif” medalı

Nigina Şermuhammedova – “Nizami” medalı

 

Qeyd edək ki, millət vəkili Cavanşir Feyziyevə təqdim olunan "Türk Dünyası Kitab" mükafatının dəyəri 3000 manatdır. Və yazıçının istəyi ilə məbləğ "YAŞAT" fonduna köçürüləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı