Modern.az

82 uşaqda pomidor qripi” aşkarlandı - YENİ VİRUS 

82 uşaqda “pomidor qripi” aşkarlandı - YENİ VİRUS 

Aktual

1 İyun 2022, 21:11

Hindistanda 80-dən çox uşaq "pomidor qripi"nə yoluxub.

 

Modern.az xəbər verir ki, bu barədə Hindistanın "İndia Today" qəzeti məlumat yayıb.

 

Məlumata görə, Hindistanın səhiyyə orqanları infeksiya ilə mübarizə aparmaq üçün kampaniyaya başlayıb. Nəşr bildirib ki, təkcə Kerala şəhərində 82 körpədə yeni virus aşkar edilib. 

 

Xəstəliyin simptomlarına yüksək hərarət, qırmızı qabarcıqlar, ürəkbulanma və oynaq ağrısı daxildir.

 

"Bu, həyati təhlükəsi olmayan xəstəlikdir, lakin yoluxucudur və insandan insana keçə bilər", - deyə nəşr ekspertlərə istinadən qeyd edib.

 

Hindistan səlahiyyətliləri infeksiya nəticəsində hələlik ölüm faktı qeydə almayıb.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı