Modern.az

Millətlər Liqasında yeni mövsümə start verildi

Millətlər Liqasında yeni mövsümə start verildi

Aktual

1 İyun 2022, 23:54

Futbol üzrə UEFA Millətlər Liqasının 2022/2023-cü il mövsümünə start verilib.

 

Modern.az xəbər verir ki, birinci turun ilk oyun günündə A Liqasının dördüncü qrupunda yer alan Polşa və Uelsi milli komandaları üz-üzə gəliblər.

 

Polşanın Vrotslav şəhərində oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Sloveniyalı baş hakim Rade Obrenoviçin idarə etdiyi oyunda Polşa millisinin heyətində Yakup Kaminski və Karol Sviderski fərqləniblər. Uelsin yığmasının qolunu isə Conatan Uilyams vurub.

 

Qeyd edək ki, qrupun digər qarşılaşması iyunun 3-də Belçika və Niderland komandaları arasında olacaq. Azərbaycan millisi isə yarışda ilk oyununu iyunun 3-də səfərdə Qazaxıstan seçməsinə qarşı keçirəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı