Modern.az

Vətən müharibəsi şəhidinin qardaşı vəfat etdi

Vətən müharibəsi şəhidinin qardaşı vəfat etdi

Aktual

2 İyun 2022, 10:30

Siyəzən rayonunda bədbəxt hadisə baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, evdə yemək yediyi zaman özünü narahat hiss edən 13 yaşlı Rəfiyev Məhəmməd Musa oğlu Siyəzən Regional Müalicə Diaqnostika mərkəzinə gətirilib.

 

Həkimlərin səyinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

 

Onun meyiti tibbi ekspertizadan keçirilməsi üçün Bakıya aparılıb. Ölüm səbəbi ekspertizanın nəticəsindən sonra məlum olacaq.

 

Faktla bağlı araşdırma davam etdirilir.

 

Qeyd edək ki, dünyasını dəyişən azyaşlı Vətən müharibəsi şəhidi Seyfəl Rəfiyevin qardaşıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı