Modern.az

Bayden Rusiyadan neft almağa hazırdı, ancaq bir şərtlə...

Bayden Rusiyadan neft almağa hazırdı, ancaq bir şərtlə...

Aktual

2 İyun 2022, 12:16

ABŞ və Avropa İttifaqı Rusiya neftini bazar qiymətindən aşağı qiymətə almaq imkanını müzakirə edir.
 

Modern.az xəbər verir ki, CNN-in məlumatına görə, bunu ABŞ prezidenti Co Bayden bildirib.

O deyib ki, yanacağın qiymətinin kəskin artması fonunda idxaldan imtina etmək əvəzinə bu variant nəzərdən keçirilir.


"Avropa Rusiya neftinin alışını daha da azaltmaq qərarına gəlib. Bir çox mülahizələr var, ola bilsin ki, hətta neft almağa davam edək, lakin aşağı qiymətə", - Bayden deyib.


Co Bayden qeyd edib ki, Rusiya bu ölkəyə sanksiya təzyiqi qarşısında neft satmaq məcburiyyətində qalıb, ona görə də nefti xeyli aşağı qiymətə almaq olar.


"Hazırda çox şey baş verir, lakin benzinin qiymətini aşağı salmaq qısa müddətdə mümkün deyil".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı