Modern.az

Əhliman Əmiraslanov Saatlıda ağsaqqallarla görüşdü

Əhliman Əmiraslanov Saatlıda ağsaqqallarla görüşdü

Aktual

2 İyun 2022, 13:28

Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Saatlı rayon İcra Hakimiyyətinin iclas zalında rayon ağsaqqalları ilə görüş keçirib.

 

Modern.az xəbər verir ki, görüşdə ağsaqqalların rayonun ictimai-siyasi həyatında olan mövqələri, fəaliyyət istiqamətləri haqqında müzakirələr aparılıb.

 

Gənc nəslin vətənə, dövlətə sədaqət, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda inkişaf etdirilməsində ağsaqqal və ağbirçəklərin tövsiyyələrinin vacibliyi qeyd edilib.

 

Müzakirələrdə rayon Ağsaqqallar Şurasının gələcək fəaliyyətində qarşıya qoyulan vəzifələrin davamlı həyata keçirilməsi vurğulanıb.

 

 Görüşdə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov da iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı