“Uzun müddətdir ABŞ-ın sanksiyalar siyahısında olduğuma əmin idim. İllərdir ki, vizalar normal şəkildə verilmir. Xarici hesablarım və buna bənzər bir şeyim yoxdur. Daşınmaz əmlakım da. “Tərəfdaşların" növbəti performansı...”
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın sanksiyalar siyahısına salınmasına münasibət bildirərkən deyib.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiya rəsmilərinə qarşı sanksiyalar siyahısını genişləndirib. Sanskiya tətbiq olunanlar arasında Rusiya XİN rəsmisi Mariya Zaxarova da var.