Modern.az

Güclü yağış Gürcüstanda ciddi problemlər yaradıb

Güclü yağış Gürcüstanda ciddi problemlər yaradıb

Aktual

7 İyun 2022, 23:14

Gürcüstanda yağan leysan yağışları və dolu bölgələrlə yanaşı, paytaxt Tbilisinin rayonlarında da ciddi problemlər yaradıb.

 

Modern.az xəbər verir ki, təbii fəlakət zamanı Tbilisi yaxınlığındakı Saquramo kəndində ağaclar aşıb, evlər və zirzəmilərə su dolub, yollar dağılıb.

 

Bundan başqa, güclü yağış dağıntılara səbəb olub. Evlərə, avtomobillərə və fərdi təsərrüfatlara ciddi ziyan dəyib. Kəndlə əlaqə kəsilib.

 

Hazırda təbii fəlakətin vurduğu ziyanla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!