Modern.az

Şuşa Bəyannaməsinin ildönümü Qarabağda qeyd ediləcək

Şuşa Bəyannaməsinin ildönümü Qarabağda qeyd ediləcək

Aktual

10 İyun 2022, 09:00

Azərbaycan və Türkiyə arasında ötən il imzalanmış və rəsmən müttəfiqlik münasibətlərinin əsasını təşkil edən Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə gələn həftə hər iki ölkədən olan rəsmilər Şuşada toplanacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran bildirib.

 

Nazir müavini qeyd edib ki, qarşıdaki həftə Şuşada baş tutacaq tədbirdə Türkiyə rəhbərliyinin geniş heyətlə təmsil olunması planlaşdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...