Modern.az

Əlillik təyinatında vacib şərtlər hansılardır?

Əlillik təyinatında vacib şərtlər hansılardır?

Aktual

10 İyun 2022, 11:43

Əlillik məhz diaqnozla bağlı məsələ deyil. Problemin, məhdudiyyətin həyat fəaliyyəti ilə bağlı 7 vacib şərtə təsiri əsas götürülür. 

 

Modern.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov jurnalistlərə açıqlamasında  deyib.

 

O qeyd edib ki, əlilliyin təyinatı ilə bağlı yeni qaydalarda 548 meyar nəzərdə tutulub: 

"Əvvəlki qaydalarda isə bu meyarlar cəmi 128 idi. Bir şəxsdə əlillik üçün bir neçə səbəb varsa, ekspert komissiyası üstün səbəbi, orqanizmin funksiyasının pozulmasının üstün faizini müəyyən edə biləcək. Bu, vətəndaşların xeyrinədir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV