Modern.az

Patriarx Kirillə sanksiya tətbiq edildi

Patriarx Kirillə sanksiya tətbiq edildi

Aktual

16 İyun 2022, 15:36

Böyük Britaniya Moskva və bütün Rusiyanın Patriarxı Kirillə qarşı sanksiya tətbiq edib. 

Modern.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Kirill Ukraynadakı müharibəni dəstəklədiyi üçün sanksiya siyahısına daxil edilib.

Bundan başqa sanksiyalar siyahısına Rusiya Prezidenti yanında Uşaq hüquqları üzrə səlahiyyətli Mariya Lvov-Belova, Moskva şəhər dumasının deputatı Sergey Savostyanov və “Volqa Dnepr” qrupu Direktorlar Şurasının başçısı Aleksey İsaykin da salınıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı