Modern.az

Raman Saley ikinci qızıl medalını qazandı

Raman Saley ikinci qızıl medalını qazandı

Aktual

17 İyun 2022, 08:44

Azərbaycan Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandanın üzvü, Tokio XVI Yay Paralimpiya Oyunlarının 3 qat qalibi Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatının qızıl medalını qazanıb.

 

Modern.az xəbər verir ki, o, 100 metr məsafəyə sərbəst üzmə növündə 53.07 nəticə göstərib. Bununla da, millimizin dünya çempionatında qazandığı medalların sayı 5-ə çatıb.

 

Qeyd edək ki, bundan əvvəl keçirilmiş yarışlarda R.Saley 1 qızıl, 2 gümüş, digər təmsilçimiz Vəli İsrafilov isə 1 qızıl medal qazanıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı