"Biz təkcə Türkiyə və Azərbaycan arasında deyil, eyni zamanda bütün Türk dünyasını əhatə edən işbirliyi etmək niyyətindəyik".
Modern.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı bildirib.
"Şuşa Bəyannaməsinin ilk ildönümünü qeyd edirik. İki gün öncə bu səbəblə Türkiyə nümayəndə heyəti ilə birlikdə Şuşada olduq. Orada təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün Türk dünyasını əhatə edən mövzular müzakirə olundu. Şuşa Bəyannaməsi ilə iki ölkə bütün dünyaya birliyini göstərdi. Azərbaycanda neft sahəsində deyil, qeyri-neft sahəsində də Türkiyə ilə birlikdə yüksələcək. Artıq güclü Türkiyə və Azərbaycan var. Həm Azərbaycanın, həm də Türkiyənin inkişafı dünyaya bəyan olunacaq. Şuşa Bəyannaməsinin ahəngini qorumalıyıq. Türkiyə və Azərbaycan arasında müttəfiqlik əslində 2040-cı il üzrə planlaşdırılan Türk dövlətləri üçün modeldir. Biz çalışırıq ki, Türk dövlətləri arasında işbirliyi olsun", - deyə diplomat vurğulayıb.