"Azərbaycanın pandemiya ilə mübarizə təcrübəsi beynəlxalq qurumlar tərəfindən maraqla qarşılanıb".
Modern.az-ın xəbərinə görə, bunu səhiyyə naziri Teymur Musayev IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” adlı paneldə bildirib.
Nazir qeyd edib ki, yeni tibbi peşəkarlara hər zaman ehtiyac duyulur: "Bunu pandemiya dövründə də gördük".
T.Musayevin sözlərinə görə, pandemiya zamanı mediada saxta məlumatlar yayılmışdı:
"Biz həmin məlumatlarla da mübarizə aparırdıq. Pandmeiya dövründə biz çoxsaylı belə məlumatların şahidi olduq. Sonra bu, anti-vaksin təbliğatına çevrildi”.