Modern.az

ABŞ-dan "TikTok"la bağlı TƏLƏB

ABŞ-dan "TikTok"la bağlı TƏLƏB

Aktual

30 İyun 2022, 00:51

ABŞ-ın Federal Rabitə Komissiyasının sözçüsü Brendan Karr “Apple” və “Google”u “TikTok”u tətbiq mağazalarından silməyə çağırıb.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, buna səbəb kimi gizli məlumatların toplanmasını göstərib.

 

Brendan Karrın sözlərinə görə, o qaralama mesajlar kimi bir sıra həssas məlumatları toplayır.

 

Məktubda deyilir ki, əgər “Apple” və “Alphabet” (“Google”un əsas şirkəti) “TikTok”u “App Store” və “Google Play”dən silməsələr, iyulun 8-dək izahatlarını təqdim etməlidirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskvada gərgin anlar - Putinin təyyarəsi eniş edə bilmədi